Türkiyənin milli müdafiə naziri Hulusi Akar Moskvada rus və suriyalı tərəfdaşlarla görüşdən sonra bildirib ki, Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir və ölkənin yeganə məqsədi terrorla mübarizədir.
Vətəninfo.az xəbər verir ki, Rusiya , Suriya və Türkiyə müdafiə nazirləri Suriya böhranının həlli yollarını müzakirə etmək üçün Moskvada üçtərəfli danışıqlar aparıblar.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin bildirdiyi kimi, “görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriyada vəziyyətin daha da sabitləşdirilməsi maraqlarına əsaslanaraq davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Moskvada müdafiə nazirlərinin görüşü Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.