image-34jpg-1672910108backend

Moskvada tanınmış radio aparıcısı amansızlıqla qətlə yetirildi

image-reklam_sirab_01

Moskvada “Russkoqo radio Voloqda” radiosunun 34 yaşlı aparıcısı Anna Azovskaya (Sablina) öldürülüb.

Məlumata görə, yaşayış binasında kömək çağırışını eşidən qonşular polisə müraciət ediblər. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək qapını sındırdıqdan sonra ətrafda hər şeyin qan içində olduğunu görüblər.

Qətldə qadının 33 yaşlı sevgilisi, Voloqda vilayətinin Kiçmenqski Qorodok şəhərindən olan iri taxta tədarükçünün oğlu Vladimir Maklakov şübhəli bilinir. O, mübahisə zamanı qadına bıçaqla hücum etdiyini etiraf edib. Mərhumun bədənində 30 bıçaq xəsarəti aşkar edilib.

Müstəntiqlər faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qətl” maddəsi ilə cinayət işi açıblar.

Hazırda təqsirləndirilən şəxslə bağlı zəruri istintaq hərəkətləri aparılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki