image-mossadbackend

MOSSAD İrana hücum qərarını bu hadisədən sonra verib – Yeni detallar

image-reklam_sirab_01

İsrailin İrana zərbələri MOSSAD tərəfindən həyata keçirilib.

Bu barədə “New York Times” nəşri ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, İsfahan şəhəri İranın raket sənayesinin mərkəzidir və orada israili vura bilən orta mənzilli “Şabah” raketləri yerləşir.

“İsrailin hücumu İranın Rusiyaya silah ixracının qarşısını almaq yox, öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Hücumun arxasında Vaşinqton dayanmır”, – Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəsmiləri bildirib.

İsrailin keçmiş baş naziri Naftali Bennet nəşrə açıqlamasında bildirib ki, Tehran rejiminin 2022-ci ildə Kiprdə və Türkiyədə israilliləri öldürmək istəməsindən sonra MOSSAD cavab vermək və İran daxilində fəaliyyətini artırmaq qərarına gəlib.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki