FIFA Dünya Kuboku çempionu Argentinanın hücumçusu Paulo Dybala bu yay “Roma”nı tərk etməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo məlumat verib.
“Paulo Dybalanın sərbəst qalma müddəası avqustun 1-də başa çatdı; beləliklə, nəhayət ki, yaxşı və daha rahat yata bilərəm. O, indiyə qədər işlədiyim ən yaxşı oyunçulardan biridir. Komandamız üçün o, qızıldır, biz Dybaladan imtina edə bilmərik”. Mourinyo deyib ki, Corriere Dello Sport xəbər verir.
29 yaşlı futbolçu 2022-ci ildən “Roma”da çıxış edir. Ötən mövsüm o, klubun heyətində 38 oyuna çıxıb, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.
Dibalanın “Roma” ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Transfermarkt onun transfer dəyərini 30 milyon avro qiymətləndirir.