image-iranbackend

Mövlavi Əbdül Həmid molla rejimini ifşa etdi: Zahidan və Xaş şəhidləri haqsız və nahaq öldürüldülər

image-reklam_sirab_01

Vətəninfo. az xəbər verir Tehran fars-molla rejiminin azadlıqlara qarşı həyata keçirdiyi silahlı terrora qarşı,artıq xalqın tərəfinə keçən bəzi dindarlar da səslərini ucatmağa başlayıb.

Məlumata görə rejimin xalqa qarşı odlu silahdan istifadə edərək, silahsız insanları qətlə yetirməsinə etiraz edən Məkki Zahidan məscidinin imamı Mövlavi Əbdül Həmid bəyan edib ki,  Zahidan ,Sistan və Bəlucistan şəhərlərində hökumət qüvvələrinin və polisin odlu silahdan istifadə edərək atəş açması yolverilməzdir. Mövlavi Əbdül Həmid bəyan edib ki, qanlı Cümə günü müdafiəsiz dindarların qətliamı hökumətin ayrı-seçkilik siyasətinin nəticəsidir: “: Zahidan və Xaş şəhidləri haqsız və nahaq öldürüldülər. : Bu gün İran xalqı ayrı-seçkilik və bərabərsizlikdən, azadlıq və ədalətin olmamasından şikayətlənir, biz də bu məsələlərdən şikayətlənirik. Hakimiyyət xalq arasında ayrı-seçkilik etdi, nəticədə bu hadisələr baş verir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki