image-img_20230122_094848backend

Mövləvi Əbdülhəmid: “80-90 yaşlı qocalar indiki gənclik üçün qərar verə bilməz”

image-reklam_sirab_01

İranın Zahedan şəhərinin sünni cümə imamı Mövləvi Əbdül Həmid cümə namazının xütbələrində Sistan və Bəlucistanın təhlükəsizlik mühitini tənqid edib və açıq şəkildə deyib ki, İranda “80-90 yaşlılar” indiki gənclik üçün qərarlar verirlər.

Əbdül Həmid deyib: “Biz gənclərin və qadınların sözlərini və tələblərini dinləməliyik. Biz onları həbsə atmamalıyıq”.

İranın sünni cümə imamı bu fikirləri səsləndirərkən, təkcə İslam Respublikasının 83 yaşlı rəhbəri Xameneyi deyil, həm də Konstitusiyanın İcrasına Nəzarət Şurası və Ekspertlər Şurası kimi mühüm postlarda olan digər məmurlar da çox yaşlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki