image-63ea39d6ab50dbackend

Mövlud Çavuşoğlu: “İddialar əsassızdır”

image-reklam_sirab_01

“Zəlzələ ilə əlaqədar Suriyadan Türkiyəyə qaçqın axınının olması ilə bağlı iddialar əsassızdır”. Vətəninfo.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada Liviyanın xarici işlər naziri Necla əl-Menquş ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlu fevralın 6-da baş verən və Suriyaya təsirli olan Kahramanmaraş mərkəzli zəlzələ səbəbiylə bu ölkədən Türkiyəyə qaçqın axınının baş verdiyi iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

Nazir Çavuşoğlu ictimaiyyəti qıcıqlandırmaq üçün yalan məlumatların yayılmasının xoş niyyətli bir yanaşma olmadığını vurğulayaraq deyib:

“Beynəlxalq ictimaiyyətə və BMT-yə sərhəd-keçid məntəqələrindən (Suriyaya kömək etmək üçün) keçilə biləcəyini söylədik. Məsələ bundan ibarətdir. Terror təşkilatı PKK/YPG-nin yerləşdiyi bölgələrə sərhəd-keçid məntələrərini açmağımız və ya suriyalı axınının olması doğru deyil”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu “Bu məntəqələrin açıq olması sırf humanitar yardımın gəlməsi üçündür. Yalan məlumat yaymaq xoş niyyət deyil” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki