image-63da4b9fad9e6backend

Mövlud Çavuşoğlu: “İsveçdəki təxribatların və təxribatçıların məqsədi aşkardır”

image-reklam_sirab_01

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  mətbuat konfransında İsveçdəki təxribatların və təxribatçıların məqsədinin bu ölkənin NATO-ya üzvlüyünün qarşısını almaq olduğuna diqqət çəkib. Vətəninfo.az xəbər verir ki, Stokholm administrasiyasından üçlü razılaşmadakı öhdəlikləri yerinə yetirmək üçün konkret addımlar gözlədiklərini vurğulayıb.

Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinə toxunan Çavuşoğlu: “Bu iki ölkənin təhlükəsizlik ilə əlaqəli narahatlıqlarını dərk edir və NATO-nun şərq cinahında Alyansın missiyalarına və fəaliyyətlərinə töhfə vermək üçün lazımlı addımları atırıq. İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət edərkən Türkiyenin narahatlığını səsləndirdik və hər iki ölkə ilə danışıqlar apardıqdan sonra Madriddə üçtərəfli anlaşma memorandumu imzalandıq. İsveç və Finlandiya indi həmin razılaşmadakı öhdəliklərinə əməl etməlidilər. İsveçdə yeni hökumətinin güclü idradə sərgiləməsinə baxmayaraq nə baş tutan danışıqlarda nə də verdikləri bəyanatlarda öhdəliklərlə bağlı qane olacağımız konkret addımlar atdıqlarını görmədik. Xüsusən də İsveçdən. üçtərəfli anlaşma memorandumunun həyata keçirilməsi üçün konkret addımlar gözləyirik. Dostlar və müttəfiqlər olaraq bir-birimizin qanuni təhlükəsizlik narahatlıqlarını başa düşməliyik. Təkcə legitim birtərəfli narahatlığı dərk etmək kifayət deyil”- Çavuşoğlu deyib.

Çavuşoğlu özünə ünvanlanan “Türkiyə Finlandiya və İsveçin üzvlük proseslərini bir-birindən ayırmaq mövzusunda qərara gəlibmi?” sualına cavabən: “ Rəcəb Tayyib Ərdoğan və mən Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı problemlərin daha az olduğunu dəfələrlə səsləndirdik.

İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərini bir-birindən ayırmaq mənim vəzifəm deyil. Bu iki ölkə ilə əlaqəli vəziyyətdir. Hər iki ölkənin üzvlük müraciəti ilə bağlı üçtərəfli müqavilə imzalanıb. Hazırda Türkiyenin gündəmində belə bir şey yoxdur. İki ölkənin üzvlüyünü bir-birindən ayırmaq NATO çərçivəsində atılası addımdır. Əgər iki ölkə üzvlük proseslərini ayırmaq qərarına gəlsə, NATO da bunu təsdiq edərsə o vaxt Türkiyə də Finlandiyanın üzvlük prosesini ayrı qiymətləndirə bilər.

Nazir İsveçdə baş verən təxribatların “Rusiya tərəfindən törədildiyi” iddiaları ilə bağlı sual qarşısında isə: “Mən təxribatın arxasında bu ölkə və ya bu qrup var deyə bilmərəm. Lakin konkret olaraq demək olar ki, təxribat və təxribatçıların əsas məqsədləri İsveçin üzvlüyünün qarşısını almaqdır” –Çavuşoğlu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki