Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 12 müraciət daxil olub.
Vətəninfo.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, MSK sabah 3 müraciətə baxacaq.
“Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk. Sabah Müsavat Partiyasının namizədinin və Natiq Cəfərlinin şikayətinə baxılacaq. O, çox mədəni adamdır”, – M.Pənahov bildirib..