image-73144_src-1backend

Mübariz Mənsimovun əmlakını axtarmaq üçün detektivlər göndərilir

image-reklam_sirab_01

Rusiyada müflis elan edilmiş “Palmali” MMC şirkətinin Türkiyə ərazisində əmlakını axtarmaq üçün detektivlər göndərilir.

Veteninfo.az  xəbər verir ki, bu haqda müflisləşmə haqda Rusiya vahid federal Reyestrinin saytında göstərilir.

Orada deyilir ki, detektivlərin xidməti “Palmali” MMC-nin hərracda satılan əmlakından daxil olan vəsaitlər hesabına ödəniləcək və hər bir hüquqi, yaxud fiziki şəxs bu xidmətə görə ayda 4 min dollardan çox olmayan haqq alacaq.

Detektivlər “Palmali Holding Company” şirkətinin sahibi Mübariz Mənsimovun 19 şirkətinə məxsus əmlakı axtarıb tapmalıdır. Rostovda fəaliyyət göstərmiş “Palmali” MMC bu şirkətin törəməsidir və 2018-ci ildə “Sberbank”ın iddiası əsasında müflis elan edilib. Şirkətin Rusiya ərazisindəki əmlakı, o cümlədən tankerləri borca görə müsadirə olunub. “Palmali” MMC Rusiya ərazisindəki çaylarda tankerlə neft və digər maye yüklərin daşınmasını həyata keçirirdi.

 Mübariz Mənsimov Türkiyədə FETÖ ittihamı ilə həbs edilmişdi. Bu yaxınlarda məhkəmə onu irəli sürülən ittihamlar üzrə qismən təqsirli bilib və barəsində həbs cəzası kəsib, cəza ev dustaqlığı ilə azad olunub və Mənsimov həbsxanadan buraxılıb. Onun şirkəti isə müflis durumdadır, gəmiləri müxtəlif limanlarda həbsdədir və gəmiçiləri uzun müddətdir maaş ala bilmir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki