image-1098085backend

Müəllimlərin tətili səbəbindən Şotlandiyada bütün məktəblər bağlanıb

image-reklam_sirab_01

Şotlandiyada demək olar ki, bütün məktəblər maaşların 10 faiz artırılmasını tələb edən müəllimlərin milli tətili səbəbindən bu gün bağlanıb. Bu barədə  Vətəninfo.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Bu, demək olar ki, bütün məktəblərə, həm ibtidai, həm də orta məktəblərə, eləcə də bir çox bələdiyyə  aid uşaq bağçalarına şamil olunub. Bunun 1980-ci illərdən bəri Şotlandiyada müəllimlərin ilk milli tətili olduğu bildirilir.

Orkney və Şetland adalarında yalnız bir neçə ibtidai məktəb açıq qalır. Böyük Britaniyada ölkədə rekord inflyasiya fonunda tətil dalğası müşahidə olunur.

Dəmiryol şirkətinin işçiləri, hüquqşünaslar, aeroport işçiləri, poçtalyonlar və digər işçilər etiraz edirlər.

Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Qərb Rusiyaya qarşı sanksiyalar rejimini sərtləşdirib. Logistika zəncirlərinin pozulması Avropa və ABŞ-da yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.

Böyük Britaniyada yaşayış xərclərinin artması milyonlarla ailəyə ziyan vurub. İngiltərə Bankı baza faiz dərəcəsini 75 baza bəndi artıraraq 2,25%-dən 3%-ə yüksəldib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki