2023-cü ildə Rusiya bir- birini inkar etməyən bir neçə “həlledici strateji fəaliyyət” ssenarisinə əl ata bilər.

Vətəninfo.az xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun ( ISW ) analitiklərinin fikrincə , müharibənin bu il başa çatması ehtimalı azdır. Rusiya münaqişəni uzatmaq fikrindən əl çəkməyəcək.

“Kremlin 2023-cü ildə mümkün həlledici strateji fəaliyyətə hazırlaşmaq səyləri uzun sürən müharibə üçün şərait yaratmaq səylərini istisna etmir. ISW Rusiyanın Ukraynadakı müharibədə qalib gəlmək üçün “son cəhdini” proqnozlaşdırmır. Müharibə bitməyəcək”.- ekspertlər qeyd ediblər.