İsrailin maliyyə naziri Betzalel Smotrich bildirib ki, müharibə ölkənin büdcəsinə külli miqdarda vəsaitə başa gəlir. Vətəninfo.az Reuters istinadən xəbər verir ki, S&P Global-ın İsraillə bağlı proqnozunu “stabil”dən “mənfi”yə endirməsi onu təəccübləndirməyib.
Müharibənin xərclərinin gündə 1 milyard şekelə (246 milyon dollar) çatdığını bildirən Smotriç, hələlik yan xərclərin hesablamasının olmadığını qeyd etdi.
Smotrich, çərşənbə axşamı açıqlanan yenidən işlənmiş S&P indeksini “çaxnaşma” adlandırdı və böhrana baxmayaraq, İsrailin əhəmiyyətli bir büdcə kəsiri gözləmədiyini söyləyib.


























