ABŞ hökuməti Rusiyanın təcavüzü nəticəsində ciddi maliyyə böhranı ilə üzləşən Ukrayna hökumətinə növbətio böyük yardım ayırmaq niyyətindədir.
ABŞ hakimiyyəti yaxın aylarda Ukraynanın büdcəsini dəstəkləmək üçün daha 9,9 milyard dollara yaxın vəsait ayıracaq.
Bunu Dövlət Departamentinin Digər Dövlətlərə Yardım İdarəsinin direktoru Dafne Rend deyib.
Onun sözlərinə görə, indiyədək ABŞ bu məqsədlər üçün 13 milyard dollar ayırıb:
“Konqreslə işləyərək, qarşıdakı aylarda daha 9,9 milyard dollar ayırmağı planlaşdırırıq”.