image-bez-nazvaniyabackend

Müharibə veteranı halal haqqını ala bilmir: “Mənə yardım edin”

image-reklam_sirab_01

44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri olan Məmmədov Kamran İdayət oğlu bu günə qədər müharibə veteranı kimi öz haqqını ala bilmir. Məmmədov Kamran İdayət oğlu Vətəninfo.az -a ünvanladığı şikayət məktubunda bu günə qədər halal haqqını ala bilmədiyini bildirir. Onun məktubunu oxucuların diqqətinə çatdırırıq.

“Mən Məmmədov Kamran İdayət oğlu 1990-cı il Şirvan şəhərində anadan olmuşam. 44 günlük Vətən Müharibəsində  Qubadlı və Zəngilan rayonalarının azad olunmasında 287 saylı Hərbi Hissənin 4 cü taborun tank əleyhinə tağımın,  2 – ci manqa komandiri vəzifəsində iştirak etmişəm.

30.09.2020- ci ildə Goran qəsəbəsinə gəldik. 20.10.2020 ci ildə Goran qəsəbəsindən Fizuli rayonuna getdik və nəhayət 25.10.2020 ci ildə Zəngilan rayonuna gəlib 4 cü taborun Tank əleyhinə tağımı olaraq mövqe tutduq. Zəngilan rayonunda 16 gün qaldıqdan sonra 10.11.2020 – ildə Qubadlı rayonuna getdik. Tağımda 13 nəfər olmuşuq və onlardan yalnız mən hələ də Ali baş Komandan cənab İlham Əliyevin Müharibə iştirakçılarına ayırmış olduğu aylıq 80 manat müavinəti ala bilmirəm. Bununla bağlı aidiyyatı üzrə bütün rəsmi orqanlara Qanunun tələb etdiyi şəkildə müraciət etmişəm və hələ də etməkdəyəm. Hətta müdafiə nazirliyinin tərkibində veteranların işinə baxılması üçün yaradılmış Komissiyaya da dəfələrlə getmişəm və komissiyanın tələb etdiyi zəruri sənədləri də (notarial qaydada) komissiyaya təqdim etmişəm. Amma hələ də heç bir cavab ala bilməmişəm. Zəngilan və Qubadlının azad olunmasına görə medalları ilə də təltif olunmuşam. Nazirliyin rəsmi saytı vasitəsilə də dəfələrlə müraciət etmişəm, amma hələ də bir müsbət cavab ala bilməmişəm. Cənab nazir, sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan cənab İlham Əliyev tərəfindən müharibə iştirakçıları üçün ayırmış olduğu və Azərbaycan Respublikasının vətəndaşı və əsgəri olaraq haqqım olan aylıq 80 manat müavinətin mənə də şamil olunmasında köməklik göstərəsiniz. “


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki