image-image_750x_642977a17ea71backend

Muharibədə qalib gəlməyiniz ABŞ-dan asılıdır – Zelenski

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ Ukraynaya yardımı dayandırsa, Ukrayna qalib gəlməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti “Associated Press” agentliyinə müsahibəsində bildirib.

“ABŞ həqiqətən dərk edir ki, bizə kömək etməyi dayandırsalar, biz qalib gələ bilməyəcəyik”, – deyən Zelenski.Onun sözlərinə görə, Ukraynanın müharibənin hazırkı mərhələsindəki hər hansı uğursuzluğu fəlakətli nəticələrə gətirib çıxara bilər.

“Biz bu yolda uduzmamalıyıq, çünki müharibə qələbələr nəticəsində əldə edilən tortdur. Kiçik qələbələr, kiçik addımlar”, – Zelenski deyir.

Eyni müsahibəsində Zelenski güman edir ki, Baxmut şəhəri uğrunda döyüşdə məğlub olacağı təqdirdə ona həm beynəlxalq ictimaiyyət, həm də ölkə daxilində təzyiqlər artacaq. Onun sözlərinə görə, “Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə və İrana satacaq”.

“Cəmiyyətimiz özünü yorğun hiss edəcək. Cəmiyyətimiz məni onlarla güzəştə getməyə sövq edir”, – deyə Ukrayna prezidenti bildirib.“Associated Press”ə müsahibəsində Zelenski Çin haqqında danışıb və bu ölkənin lideri Si Cinpini Ukraynaya dəvət edib.

“Biz onu burada görməyə hazırıq. Mən onunla danışmaq istəyirəm. Mən onunla genişmiqyaslı müharibə başlamazdan əvvəl əlaqə saxlamışdım, lakin bu il onunla əlaqə saxlamadım”, – deyə Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki