image-63d6755f94a74backend

“Müharibəni dayandırmaq üçün çalışmalıyıq” – Netanyahu

image-reklam_sirab_01

İsrailin Baş naziri Benyamin Netanyahu “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsi imkanını nəzərdən keçirəcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Benyamin Netanyahu Fransaya səfəri çərçivəsində Fransanın LCI kanalına müsahibəsində fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsi və İranla bağlı açıqlamalar verib.

Netanyahu Ukrayna-Rusiya müharibəsi haqqında “Bunun sona çatması üçün hamımız rol almalıyıq” deyib.

Ukraynanın yanında olduqlarını vurğulayan Netanyahu bir jurnalistin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini Ukraynaya göndərməyi düşünüb-düşünmədiklərilə ilə bağlı suala “Bəli, düşünürəm” deyə cavab verib.

Netanyahu bəyan edib ki, ölkəsində yeni hökumət demək olar ki, formalaşıb və bundan sonra ümumi siyasi meyilləri müəyyənləşdirəcək və bu məsələni araşdıracaqlar.

“Dəmir günbəz” hava hücumundan müdafiə sistemini Ukraynaya göndərmək üçün qəti söz verə bilməyəcəyini vurğulayan Netanyahu Ukrayna və Rusiyanın tələbi olacağı, ABŞ-ın da müsbət baxışı kimi fərqli şərtlər bir araya gələcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında vasitəçi kimi rol öhdəsinə götürməyi dəyərləndirəcəyini də bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki