Vətəninfo.az Mundo Deportivo istinadən xəbər verir ki, Almaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “Barselona” ilə 2 illik müqavilə imzalayıb.
32 yaşlı futbolçu Münhendə “Barsa”da tibbi müayinədən keçib və bu klubun idman direktoru Mateu Alemani ilə görüşüb.
Müqaviləyə əsasən, Gündoğan ikinci mövsümdə “Barselona”nın oyunlarının 60 faizində meydana çıxsa, klubla müqaviləsi daha bir il uzadılacaq.
Amma bu transfer müqaviləsi ilə bağlı hələ rəsmi açıqlama verilməyib, çünki Gündoğan Man City azarkeşləri ilə klub stadionunda vidalaşmaq istəyir.
Gündoğanın “Mançester Siti” ilə hazırkı müqaviləsi iyunun 30-a qədərdir və o, heç bir ödəniş etmədən “Barsa”ya keçəcək.
Transfermarkt onun transfer dəyərini 20 milyon avro qiymətləndirir.
İlkay Gündoğan 2016-cı ildə “Borussiya Dortmund”dan 30 milyon avroya “Mançester Siti”yə keçmişdi.