image-nadir-adilovbackend

Nadir Adilov: Bütün medianı və Qeyri-Hökümət Təşkilatı sektorunu mediasiya islahatlarına ictimai nəzarət etməyə dəvət edirəm.

image-reklam_sirab_01

Bu fikirləri Vətəninfo.az-a Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirmişdir. O qeyd edib ki, bildiyimiz kimi, cənab Prezident İlham Əliyev çıxışlarında ictimai nəzarətin mühüm olduğunu və hər bir qurumun ictimai nəzarətə açıq olmasını vurğulamışdır: “Əlbəttə ki, cənab Prezidentin istənilən mesajı və cəmiyyətə ünvanladığı fikirlər bizim üçün də icrası vacib tapşırıqlar sırasındadır. Cənab Prezidentin çağırışlarını əldə rəhbər tutaraq qeyd etmək istərdim ki, mediatorların, o cümlədən, mediasiya təşkilatlarının fəaliyyətində ictimai nəzərət və ictimai hesabatlılığa açığıq. Bildirmək istərdim ki, mediasiya islahatlarının həyata keçirilməsi sahəsində biz vətəndaş cəmiyyəti strukturları və Kütləvi İnformasiya Vasitələri ilə sıx və səmərəli əməkdaşlıq edirik. Mediaya açıq olduğumuz üçün bu gün onlarla media qurumunun hər hansı təmənna və ya qarşılıq güdmədən dəstəyini görürük. Eyni zamanda bu fikirləri Qeyri – Hökümət Təşkilatlarına da şamil etmək olar. Biz hər iki sektorla əməkdaşlığın yalnız faydalarını görürük. Fürsətdən istifadə edib, KİV və QHT sektorundan olan bütün dostlara bizə göstərdikləri təmənnasız dəstək üçün təşəkkür edirəm”. Nadir Adilov həmçinin qeyd edib ki, daxil olan bir çox vətəndaş müraciətlərini KİV və QHT sektoru ilə qarşılıqlı təmas şəklində həll etmək mümkündür və istər KİV, istərsə də QHT sektoru bu sahədə də bizə çox yaxından dəstək olur.

a Mediasiya Şurası İdarə Heyətinin sədri  bildirib ki, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin müvafiq qərarları mediasiyaya müraciət edən tərəflərlə bağlı mediasiya proseslərinin məxfiliyi məsələlərini qoruyur: “Tərəflərin mediasiya ilə bağlı məsələlərinin məxfiliyinin açıqlanmaması şərti ilə mediasiya təşkilatları və mediatorların fəaliyyəti ictimaiyyətin maraqlarına yönələn və sosial cəhətdən müsbət nəticələrə gətirib çıxaran fəaliyyət olduğu üçün bu fəaliyyət ictimaiyyət üçün açıq olmalıdır”.

Eyni zamanda Nadir Adilov qeyd edib ki, istənilən mediasiya təşkilatı və mediatorun fəaliyyəti ilə bağlı Qeyri-Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Mediasiya Şurasına müraciət edə bilər və baş vermiş hər hansısa bir nöqsanın araşdırılmasında birbaşa iştirak edə bilər: “Mediasiya təşkilatları kommersiya hüquqi şəxslər olmadığından onların fəaliyyətindəki maliyyə əməliyyatları kommersiya sirri hesab edilə bilməz. Ona görə də bütün mediasiya təşkilatlarının maliyyə hesabatları ictimaiyyət üçün açıqdır və istənilən mediasiya təşkilatında monitorinqlərin aparılması üçün istənilən Qeyri-Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Mediasiya Şurasına müraciət etməklə, bu monitorinqlərdə iştirak edə bilər”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki