Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov (Həsən Ağa) ev dustaqlığına buraxılıb.
Vətəninfo.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib:
“Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”.