Oğuzda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.
Vətəninfo.az xəbər verir ki,Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən A.Əmrahov saxlanılıb.
Yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.