image-aviadasiyicibackend

NATO hazırdır! Adriatik dənizdə iki aviadaşıyıcı zərbə qrupu yerləşdirib

image-reklam_sirab_01

ABŞ və onun Şimali Atlantika Alyansındakı müttəfiqləri Adriatik dənizində iki aviadaşıyıcı zərbə qrupu cəmləşdiriblər.

Bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Məlumata görə, ABŞ-ın 6-cı operativ donanmasının komandanlığından bildiriblər ki, hazırda bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George Bush” atom aviadaşıyıcısı, İspaniyanın “Juan Carlos I” aviadaşıyıcı desant gəmisi və İtaliyanın “Cavour” aviadaşıyıcısı yerləşdirilib.

Bundan əlavə, ABŞ-ın raket kreyseri və esminesi, həmçinin İtaliya freqatı da bölgədədir.

6-cı donanmanın komandanlığının məlumatına görə, NATO və ABŞ gəmilərinin Adriatik dənizində birgə əməliyyatları “alyansın regionda təhlükəsizliyin təmin edilməsinə sadiqliyini” nümayiş etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki