image-1097447backend

NATO müharibəyə hazırlaşır: Qoşunların toplanışı başlayır 

image-reklam_sirab_01

NATO alyansın şərq sərhədlərində əlavə tədbirlərin görülməsinin zəruri olub-olmamasını daim qiymətləndirir. Vətəninfo.az-ın məlumatına görə , NATO-nun baş katibi Yens Stoltenberq alyansın lazım gələrsə, sərhədləri gücləndirməyə hazır olduğunu açıqlayıb.

Stoltenberq Şimali Atlantika Şurasının daimi nümayəndələri səviyyəsində Polşada baş verən insidentə həsr olunmuş görüşün nəticələrini yekunlaşdıraraq belə bir bəyanatla çıxış edib.

“Biz şərq istiqamətində əlavə tədbirlərə ehtiyac olub-olmamasını daim qiymətləndiririk”, – baş katib bildirib.

Baş katib izah edib ki, NATO istənilən vaxt əlavə hava hücumundan müdafiə qüvvələrini Polşa da daxil olmaqla şərqə köçürməyə hazırdır. Onun sözlərinə görə, belə sistemlər havada və dənizdə yerləşdirilə bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki