image-miq-29-ukrayna-696x391backend

NATO nəhayət ki, Ukraynaya təyyarə vermək fikrinə gəlib

image-reklam_sirab_01

“NATO ölkələri Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”.

“Blomberq” xəbər verir ki, bunu NATO-dakı ABŞ Müttəfiq Qüvvələrinin ali baş komandanı, istefada olan admiral Ceyms Stavridis deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının əvvəlində NATO ölkələrinin Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etməsi ideyasından imtina edilib: “Lakin indi hava məkanında Ukraynanın üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilir”.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, Alyans Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki