NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna münaqişəsinə dəstəyin qərblilər üçün baha başa gəldiyini etiraf edib. Vətəninfo.az xəbər veriir ki, baş katib Kiyevə yardımı dəstəkləmək və daha da artırmaq lazım olduğunu bildirib.
“Avropa Ukraynaya dəstəyi davam etdirməlidir. Berlinin Ukraynaya silah tədarükünü yüksək qiymətləndirirəm. Almaniyanın bu cür dəstəyi həlledici əhəmiyyət kəsb edir. Ukraynaya hərbi dəstək versək, danışıqlar masası arxasında onun mövqeyini gücləndirmiş oluruq. Dünyanı xilas etməyin ən yaxşı yolu Ukraynanı dəstəkləməkdir.”- deyə Yens Stoltenberq bildirib.