image-downloadbackend

NATO-nun yeni baş katibi kim olacaq? Bu türk baş katib ola bilər

image-reklam_sirab_01
Express dərgisi yazır ki, Fransa prezidenti Emmanuel Makron NATO-nun yeni baş katibi ilə bağlı qərar verərkən Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin namizədliyinə veto qoymaq niyyətindədir.
New York Times qəzeti daha əvvəl Yens Stoltenberqin 2023-cü il sentyabrın 30-da səlahiyyət müddəti bitdikdən sonra NATO-nun baş katibi postuna mümkün namizədlər sırasında Uollesin adını çəkmişdi.
Vətəninfo.az xəbər verir ki, Fransa prezidentinin NATO-nun baş katibi postuna namizədliyi nəzərdən keçirilən Ben Uollesa veto (namizədlik) qoymağa çalışması ilə bağlı xəbərlər yayıldıqdan sonra Makron qəzəblə qarşılanıb.
Makron Britaniya və Türkiyədən bu vəzifəyə hər hansı namizədin əleyhinə olacağını israrla bildirir.
Qeyd edək ki, NATO-nun baş katibi ola biləçək şəxslər arasında Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlunun da adı var.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki