image-63bbba0cd6003backend

NATO Serbiyanın tələbini rədd etdi

image-reklam_sirab_01

NATO, Kosovo Sülhməramlı Qüvvələrinin (KFOR) Serbiyanın Kosovoya qoşun və polis göndərməsi tələbini rədd edib.Vətəninfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Kosovo Sülhməramlı Qüvvələrinin Kosovo ilə gərginlik fonunda Serbiyanın Kosovonun şimalına qoşun və polis yerləşdirmək tələbinə müsbət yanaşmadığını  ifadə edən prezident Aleksandar Vuçiç: “NATO Serbiya hökumətinə ünvanladığı məktubda BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə görə Serbiya ordusunun Kosova və Metoxiyaya girməsinə ehtiyac olmadığını bildirib”

Qeyd edək ki, Serbiya Kosovonun şimalındakı etnik serblərin həyatının təhlükəsiz olmadığını səbəb kimi göstərərək , Kosovo Sülhməramlı Qüvvələrinə rəsmi müraciət edərək Kosovonun şimalına 1000 nəfərlik hərbi və polis qüvvəsinin cəlb olunmasını tələb edib. Serbiyanın sözmövzusu tələbi Kosovonun sərt reaksiyasına səbəb olub, Kosovo prezidenti Vjosa Osmani Serb ordusunun bir daha Kosovoya ayaq basmayacağını bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki