image-bez-nazvaniya-2backend

NATO Türkiyədən niyə qorxur?

image-reklam_sirab_01

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-dakı tərəfdaşlarını Rusiya ilə münasibətlərinə görə qəzəbləndirib. Vətəninfo.az xəbər verir ki, bu URA.ru  saytı yazıb.

“Türkiyə hər iki tərəflə yaxşı münasibətdə qalmaq üçün kifayət qədər addımlar atır və eyni zamanda qırmızı xətləri keçmək üçün kifayət qədər addım atmır. Son illərdə Ərdoğan Rusiya ilə hərbi əlaqələri gücləndirməklə NATO müttəfiqlərini qəzəbləndirib”, – media Qərb rəsmisinin sözlərinə istinad edərək yazır.

Məqalə müəllifləri vurğulayırlar ki, Qərb Türkiyənin yalnız öz maraqlarını nəzərə almağa çalışmasından, eyni zamanda Ərdoğanın da Qərbin maraqlarını nəzərə almamasından narazıdır.

ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefrinin sözlərinə görə, NATO ölkələrinə arxa çevirməmək Türkiyə tərəfinin marağındadır.

Ceyms Cefri hesab edir ki, indiki halda NATO ölkələri Türkiyədən asılıdır və ona görə qorxurlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki