image-naxcivan-demir-yollaribackend

Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi həbs edildi-Mahir Əliyevə növbə nə zaman çatacaq?

image-reklam_sirab_01

Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda Dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.

Vətəninfo.az xəbər verir ki. bu haqda Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı, Depo rəisi vəzifəsində işləmiş Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Maraqlısı budur ki, uzun illərdir  Naxçıvan Dəmir Yolları MMC-yə rəhbərlik edən, MR-nın dəmir yollarında ciddi korrupsiya və oğurluq hallarına başçılıq edən Naxçıvan Dəmir Yolları MMC-nin rəhbəri Mahir Əliyevlə bağlı hansı addımlar atılacaq?

Vətəninfo.az 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki