image-1669635014_naxbackend

Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi

image-reklam_sirab_01

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.

Belə ki, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” üzrə:

Belə ki, Əsasnamənin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb.

5.8-ci bənddən “, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb;

Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Dövlət Gömrük Komitəsinə Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki