image-5d23a224-c56d-4fd4-9942-0ff9715dc2dcbackend

Naxçıvanda etiraz aksiyası keçirək – Deputat çağırış etdi

image-reklam_sirab_01
“Xankəndidə ermənilərin keçiridiyi aksiyalara Naxçıvandan cavab vermək lazımdır. Niyə biz Naxçıvanda etiraz aksiyası keçirmirik?”

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

 

Separatçıların Xankəndidə keçirdiyi aksiyalara da münasibət bildirib. Deputat hesab edir ki, Xankəndi aksiyasına Naxçıvandan cavab vermək lazımdır.

“Xankəndidə ermənilərin keçiridiyi aksiyalara Naxçıvandan cavab vermək lazımdır. Niyə biz Naxçıvanda etiraz aksiyası keçirmirik? Bunu edib dünyaya çatdırmalıyıq. Ermənilər dünyaya elə təbliğ edirlər ki, sanki bir onların yol problemi var. Bizim də Naxçıvan problemimiz var. Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik. Diplomatiyamızın da əlində sübutlar olması üçün belə addımlar atılmalıdır”, – deyə Fazil Mustafa vurğulayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki