image-nazim-sabiroglu-780x470backend

Nazim Sabiroğlu baş redaktor təyin edildi

image-reklam_sirab_01

Tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu bu gün qəzetin baş redaktoru təyin olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Yeni Müsavat Media Qrupunun rəhbəri müvafiq əmr imzalayıb.

Nazim Sabiroğlu 1971-ci ilin 8 noyabr tarixində Şuşa şəhərində doğulub. Uzun illərdir mətbuatdadır. O, “Dedektiv”, “525-ci Qəzet” və digər KİV-lərdə çalışıb. 2001-ci ildən “Yeni Müsavat”da işləyir. 2001-2005-ci illərdə sözügedən qəzetdə müxbir və köşə yazarı kimi fəaliyyət göstərib. 2005-ci ilin yanvar ayından “Yeni Müsavat”ın redaktoru vəzifəsini tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki