Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının,
nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.
Vətəninfo.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri”, “Dəmiryol nəqliyyatı
vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin spesifikasiyası”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu
təsdiq edən vəsiqənin nümunəsi”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsi
Qaydası” təsdiq edilib.