image-63a3f6f29311abackend

“Nə qədər ki, Ukrayna oradadır, biz də Ukraynanın yanında olacağıq”- Bayden  

image-reklam_sirab_01

“Nə qədər ki, Ukrayna oradadır, biz də Ukraynanın yanında olacağıq”.

Vətəninfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçirdikləri ikitərəfli görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı kritik infrastrukturları hədəf alaraq müharibəni daha da qızışdırıb. Ukrayna xalqı 300 günü keçən müharibədə Rusiyaya və dünyaya öz ölkəsinə sevgisini və sarsılmaz əzmini nümayiş etdirib.

Bayden ABŞ-ın indiyə qədər Ukraynaya etdiyi yardımlardan danışaraq, ölkəsinin Ukraynaya yardımı davam etdirəcəyini qeyd edib.

Bayden Zelenskiyə müraciət edərək, “Cənab prezident, narahat olmayın. Nə qədər ki, Ukrayna orada qalıb, biz də Ukraynanın yanında olacağıq” deyib.

Zelenski də “Müharibənin son 30 günündə ABŞ-la münasibətlərimizdə yeni dövrə qədəm qoyduq və əsl müttəfiq olduq” ifadəsini işlədib.

Zelenski Baydenə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və Patriot hava hücumundan müdafiə sistemlərinin onlar üçün çox vacib olduğunu bildirib.

Zelenski Putinə mesajının olub-olmağıdına dair sualına belə cavab verib:

“Mən prezident olanda 2019-cu ildə Normandiyada Putinlə görüşmüşdük. Ona dedim ki, ölkəmizə hərtərəfli müdaxilə olmamalıdır, təcavüzü dayandırmalarının və mövcud problemlərin diplomatik həllinin tapmasının vacibliyini ifadə etdim. O da belə bir şeyin olmayacağını söyləmişdi. Amma yalan danışırdı. Bu vəziyyətdə ona hansı mesajı verə bilərəm?”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki