image-3296ded1-cf5f-3f13-bee6-33f88cda013b_850backend

Neft geosiyasi gərginlik fonunda bahalaşıb

image-reklam_sirab_01

Geosiyasi gərginliyin artması fonunda dünya bazarlarında neftin qiyməti 1-3 % artıb. “Brent” markalı neftin qiyməti 2014-cü il sentyabrın 30-dan sonra ilk dəfə olaraq, 1 barel üçün 97 ABŞ dollarını ötüb.

Veteninfo.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin may fyuçersləri 1,25 % bahalaşaraq, 1 bareli 94,15 ABŞ dollarına satılıb. “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti 2,82 % artıb və 1 bareli 92,75 ABŞ dolları təşkil edib.

Neft qiymətlərinin yüksəlməsinə Rusiya və Ukrayna arasında geosiyasi gərginliyin artması səbəb olub. Fevralın 19-u qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın liderləri ümumi səfərbərlik elan etdikdən sonra Rusiyaya tanınma ilə bağlı müraciət ünvanlayıblar. Dünən isə Rusiya Prezidenti Vladimir Putin bu respublikaların suverenliyinin tanınması haqqında fərman imzalayıb.

Bazar ABŞ və İran arasında nüvə danışıqlarını izləməkdə davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki