image-image_750x_63883a735085abackend

Nensi Pelosini bu şəxs əvəz edəcək

image-reklam_sirab_01

ABŞ Konqresinin Nümayəndələr Palatasında bu vəzifədə 82 yaşlı Nensi Pelosini əvəz edəcək Demokratlar Partiyasının lideri Nyu-York ştatının nümayəndəsi Hakim Ceffris seçilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb və qeyd edir ki, partiyadaxili səsvermə bağlı qapılar arxasında keçirilib. Telekanal vurğulayır ki, Ceffris ABŞ Konqresinin palatalarından birində partiya fraksiyasının rəhbəri vəzifəsinə seçilən ilk qaradərili şəxs olub.

Yanvarda o, aralıq seçkilərdə ABŞ qanunverici orqanının aşağı palatasında çoxluğunu itirmiş Demokratlar Partiyasının liderinin vəzifələrini icra edəcək.

Bundan əvvəl məlum olub ki, Pelosi Amerika parlamentinin aşağı palatasının Demokratlar Partiyası fraksiyasının rəhbəri vəzifəsindən imtina edib, lakin o, bu vəzifədə kimi dəstəkləyəcəyini açıqlamayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki