image-5backend

Nepalda qar uçqunu olub, xəsarət alanlar var

image-reklam_sirab_01

Nepalın qərbindəki Mustanq rayonunda qar uçqunu baş verib.

Veteninfo.az  bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, dağın zirvəsindən yaşayış massivinə çatan qar orta məktəbin üzərinə düşüb, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Onların 7-si şagirddir. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıblar.

Hadisə zamanı həmçinin 150 baş inəyin də tələf olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki