image-img-20240604-wa0043backend

Nəsimi rayonunda “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib – FOTOLAR 

image-reklam_sirab_01

Tədbirdə Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Məhkəməsinin, Nəsimi rayon Prokurorluğunun, Nəsimi rayon Polis İdarəsinin, Nəsimi rayon İcra Şöbəsinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin, rayon Ağsaqallar Şurasının, rayon İctima Şuranın üzvləri, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatının sədrləri və rayon ərazisində yaşayan ailələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açaraq tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olmuşdur. Bir çox dövlət proqramlarında zorakılıqla mübarizə məsələləri öz əksini tapmışdır ki, bu da Cənab Prezidentin bu problemə necə həssaslıqla yanaşdığını göstərir. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.
Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Baş verən məişət zorakılığı hadisələrinə diqqətin artırılması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsidir. Eyni zamanda, məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında müvafiq qurumlar qarşısında qoyulmuş vəzifələr və bununla bağlı görülmüş işlər barədə məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək, məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı. O, bu istiqamətdə bələdiyyənin imkanlarından istifadə olunmasının vacibliyini vurğulamış, layihə haqqında məlumat verərək bildirdi ki, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başlamışdır. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edirlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupları, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır.
Digər çıxışçılar da bildirdilər ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır.
Daha sonra ailədaxili şiddət ilə bağlı Nəsimi Rayon Bələdiyyəsinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə hazırlardığı qısametrajlı video rolik nümayiş edilmişdir.
Tədbirin sonunda məişət zorakılığı ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image