image-1backend

Nəsimi rayonunda avtoxuliqanlıq edən iki sürücü saxlanılıb

image-reklam_sirab_01

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü – N.Məmmədov və E.Ağakərimli saxlanılıblar. Həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov və E.Ağakərimli cərimə edilməklə sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image