“Channel 13” telekanalının məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, ABŞ İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağı, Suriya və Livandan çıxarılmasını tələb edir.
Vətəninfo.az xəbər verir ki, ABŞ İsrail ordusunun bu üç ərazidən “ardıcıl şəkildə geri çəkilməsi”ndə maraqlı olduğunu bildirib. Netanyahu da öz növbəsində Amerika administrasiyasının tələbinə “müqavimət göstərmək” niyyətində olduğunu açıqlayıb.
İyun ayında müdafiə naziri İsrael Katz İsrailin Livan, Suriya və Qəzza zolağındakı bir neçə sərhəd bölgəsi üzərində hərbi nəzarəti saxlamaq niyyətində olduğunu açıqladı.


























