image-1backend

Netanyahu  Livanı hədələdi

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu Livanın “Hizbullah” şiə hərəkatı İsraillə genişmiqyaslı müharibəyə başlamaq qərarına gələrsə, Beyrutu və Livanın cənubunu Qəzza zolağının taleyi ilə yenidən hədələyib. Bu barədə Vətəninfo.az “RİA Novosti” yə istinadən xəbər verir .

Baş nazir İsrail ordusunun ehtiyat hissələri ilə görüşündə deyib: “Hizbullah hərtərəfli müharibəyə başlamaq qərarına gəlsə, o, Beyrut və buradan çox da uzaqda olmayan Cənubi Livanı öz əlləri ilə Qəzzaya çevirəcək”.

Şimala səfəri zamanı Netanyahunu müdafiə naziri Yoav Qalant və İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi müşayiət edib.

Baş nazirin ofisi Livan sərhədində yaradılan təhlükəsizlik vəziyyətini qiymətləndirdiklərini və ərazidə xidmət edən piyada və artilleriya birləşmələrinin ehtiyat hissələri ilə söhbət etdiklərini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki