image-1backend

Netanyahu:”Qəzzanı işgal etməyəcəyik”

image-reklam_sirab_01

Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində İsrail anklavı daimi olaraq işğal etmək və ya yerli Fələstin əhalisini köçürmək niyyətində deyil, hərbi əməliyyatlar yalnız HƏMAS hərəkatını məhv etmək üçün həyata keçirilir.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu bildirib.
“Bir neçə məqamda tam aydın olmaq istəyirəm. İsrail Qəzzanı daimi olaraq işğal etmək və ya onun mülki əhalisini köçürmək niyyətində deyil. İsrail fələstinlilərə qarşı deyil, Həmas terrorçularına qarşı mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik”, – Netanyahu əmin edib.

Onun sözlərinə görə, İsrail ordusu “mülki itkiləri minimuma endirmək üçün hər şeyi edir, HƏMAS isə fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə edərək, itkiləri artırmaq üçün hər şeyi edir”.

Netanyahunun vurğuladığı kimi, İsrailin bu hərbi əməliyyatda məqsədi “Qəzza zolağının HƏMAS terrorçularından azad edilməsi və girovları azad etməkdir”.

“Buna nail olduqdan sonra Qəzza demilitarizasiya və de-radikalizasiya oluna bilər, bununla da həm İsrail, həm də fələstinlilər üçün daha yaxşı gələcək imkanı yarada bilər”, o, yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki