Dünən İsrailin baş naziri Benyamin Netanyahu “X” hesabında partiyasının seçki kampaniyasına aid bannerin fotosunu paylaşıb.
Vətəninfo.az xəbər verir ki, bannerdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Nyu-York meri Zöhran Məmdani, İranın ali rəhbəri Müctəba Xameneyi və Hizbullahın baş katibi Naim Qasımın şəkilləri yer alıb.
Posterdə həmin şəxslərin fotolarının yanında “Onların qalib gəlməsinə imkan verməyin” şüarı yazılıb.


























