İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşündə “gündəmdəki bütün məsələləri, ilk növbədə İranı” müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
“Trampla görüşmək üçün Vaşinqtona gedirəm. Bu, ABŞ prezidenti vəzifəsinə ikinci müddətə seçildiyimdən bəri onunla səkkizinci görüşüm olacaq. Baş nazir kimi təcrübəm göstərir ki, bu çətin dövrlərdə böyük qətiyyət və böyük müdrikliklə hərəkət etmək lazımdır. Gündəmdəki bütün məsələləri, ilk növbədə İranı müzakirə edəcəyik”, – Netanyahu təyyarə göyərtəsində bildirib. Baş nazirin çıxışının videosu onun ofisi tərəfindən yayımlanıb.


























