Netflix platformasında yayımlanan “Pepsi, Jetim Nerede” serialının ilk bölümündə Türkiyənin şərq bölgələri Ermənistan ərazisi kimi göstərilib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazıb.
Qəzet yazır ki, bu Netflix-lə bağlı ilk təxribat deyil.
Suriyadakı bir Mossad agentinin hekayəsindən bəhs edən Netflix serialı “Casus”un dördüncü bölümündə divara “bölünmüş” Türkiyənin xəritəsi vurulub.
Netflix sənədli filminin “İkinci Dünya Müharibəsinin əsas məqamları”nın beşinci hissəsində dünya xəritəsində diqqətəlayiq bir detal diqqət çəkdi: xəritədə Türkiyə bölünüb, bölünən torpaqlar isə Ermənistanın ərazisi kimi qeyd olunub”, – qəzet ətraflı yazıb.
Türkiyə Xarici İşlər Nazirliyi Netflix platformasını Türkiyədə qadağan edilməsi ilə hədələyib.


























