image-344863342_1270124123620204_2502164342353629461_nbackend

“New York Times”:İran müdafiə nazirinin keçmiş müavini Britaniya casusu olub

image-reklam_sirab_01
ABŞ-ın “New York Times” qəzeti mayın 1-də Böyük Britaniya, İsrail, Almaniya, İran və Amerikanın hazırkı və keçmiş yüksək rütbəli diplomatları ilə müsahibələrin köməyi ilə hazırlanan araşdırma hesabatını dərc edib.
Vətəninfo.az xəbər verir ki, hesabatda İran müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin həqiqətən Britaniya casusu olduğunu iddia edilir.
Hesabatda deyilir: “Əlirza Əkbəri İranın nüvə və hərbi proqramları haqqında Britaniyaya dəyərli məlumatlar verib. Həmin məlumatlar İranın nüvə silahı əldə etmək niyyəti ilə bağlı Qərb dövlətlərinin şübhələrinin aradan qaldırılmasında mühüm rol oynayan məlumatlardır”.
61 yaşlı İran-Britaniya vətəndaşı Əlirza Əkbəri bu ilin yanvar ayında casusluq ittihamı ilə İnqilab Məhkəməsinin hökmü ilə edam edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki