image-nnnbackend

Neymar: Dünya çempionatından sonra komandaya qayıtmaq istəmədim

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Braziliya millisinin və Fransa çempionu PSJ-nin 31 yaşlı hücumçusu Neymar 2022-ci ildə Dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına məğlubiyyətdən (1:1, 11m: 2:4) sonra millidəki karyerasını başa vurmaq istəyib.

“Düzünü desəm, dünya çempionatından sonra milliyə qayıtmaq istəmədim. Beş gün ağladım. Arzunuzun gerçəkləşmədiyini görmək çox kədərlidir.

Ailənizin də necə əziyyət çəkdiyini görmək çətindir. İndi hər şeyi yenidən düşünmüşəm. Hər şey yaxşı olacaq”, – deyə Globo Neymardan sitat gətirib.

Neymar ayağındakı zədə və əməliyyat səbəbindən ötən mövsümün ikinci yarısını buraxmışdı. Onun bu ay meydana qayıtması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki