Vətəninfo.az xəbər verir ki, Neymar Braziliyanın Rio-de-Janeyro əyalətindəki mülkündə icazəsiz süni gölməçə tikdiyi üçün 3,3 milyon dollar cərimələnib.
Bu tikinti ekoloji nəzarət olmadan və bitki örtüyünün məhv edilməsi ilə həyata keçirilib.
PSJ-nin və Braziliya milli futbol komandasının 31 yaşlı ulduz hücumçusu bu gölməçədə şəkil çəkdirib və bu şəkli sosial şəbəkədə yayımlayıb.
Neymarın Rio-de-Janeyro əyalət orqanlarının yuxarıda göstərilən qərarından şikayət etmək üçün 20 günü var.