image-nigar-arpadari-veteninfo-azbackend

Nigar Arpadarai: Ermənistan “suverenliyinin alveri” siyasətini davam etdirir

image-reklam_sirab_01

Ötən gün Soçidə Azərbaycan prezidenti İlham Əliyev,Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş,eyni zamanda görüşdən sonra səsləndirilən birgə bəyanat,ondan xəbər verir ki, rəsmi Moskva,daha dəqiq desək Vladimir Putin öz çətiri altına aldığı Ermənistanı bu dəfə də qorumağa səy göstərib. Amma Azərbaycan prezidentinin istər Valdimir Putinlə ikili görüşündə səsləndirdiyi Azərbaycanın mövqei,eyni zamanda bəyanatda Azərbaycanın maraqlarının qorunduğu fikirlərin yer alması göstərdi ki, 44 günlük müharibədən sonra,diplomatik cəbhədə də İlham Əliyev Azərbaycanı hansı sa suallar qarşısnda saxlanılmasına imkan verməyib.

Keçirilən görüşlə bağlı Vətəninfo.az-ın sualını cavablandıran Milli Məclisin üzvü  Nigar Arpadarai bildiirb ki, Soçi görüşünü Ermənistanla Azərbaycan arasında sülhə aparan növbəti addım adlandırmaq çətindir: “Rusiya bu prosesdə vasitəçi rolunu itirməməyə çalışır. Rusiya tərəfinin bu addımı Azərbaycan və Ermənistandan daha çox, Qərblə münasibətləri ilə əlaqəlidir, Rusiya ilə Qərb arasında əlaqələrin dinamikasını əks etdirir. Əslində bu dinamika Azərbaycan üzrə deyil, Ermənistan üzrədir. Bu faktiki olaraq, Ermənistanı Rusiyaya , ya da Qərbə “dartmaq” prosesidir. Biz bu prosesdə qismən izləyiciyik. Təbii ki, Ermənistanın hazırki vəziyyəti və orada baş verən proseslər, onların mövqeyində qeyri-stabillik bütün regiona təsir edir. Və Azərbaycan buna hazır olmalıdır. Ermənistan suverenliyinin alveri siyasətini davam etdirir. Bu gün Ermənistanın bütün planları güclü dövlət qurmaq üzərində deyil, xarici siyasət avantüraları üçün sponsor tapmaq üzərində qurulub. Ermənistanın real gələcəyə baxışı mövcud deyil”. Millət vəkilinin sözlərinə görə,Ermənistanın cari siyasəti istər-istəməz onun dövlətçiliyinin daha da zəifləməsinə gətirib çıxaracaq: “ Nəzəri cəhətdən biz azərbaycanlıları bu məsələ bir o qədər maraqlandırmır. Bununla belə, regionda suverenliklə alver edən qeyri-sabit qonşunun olması ciddi risk mənbəyidir”. Keçirilən görüş sonrası bəyanata gəlincə xanım Arpadaraı vurğulayıb ki, Soçi bəyannaməsi  bir daha Azərbaycanın mövqeyini təsdiq etdi: “Qarabağ münaqişəsi artıq bitib”, digər məsələlər Azərbaycanın daxili məsələsidir mesajı bir daha verildi”.

Zərri

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki