image-media-image_750x_6391a4c92c1d6-vpramqhc8xe9js35n0k7-300x225backend

Nigar Arpadarai : “Fransa Arutyunyandan marionet kimi istifadə edərək…”

image-reklam_sirab_01

“Separatçı Araik Arutyunyanın “France 24” telekanalına müsahibəsi, eləcə də Fransa rəsmiləri ilə çoxsaylı görüşləri Fransanın köhnə diplomatik hiyləsidir. Praqa vədlərinin pozulması və qeyri-adekvat müsahibəsi nəticəsində prezident Makronun danışıqlar prosesindən kənarda qaldığını anlayan Fransa diplomatiyası Arutyunyanı dəvət etməklə öz əhəmiyyətini artırmaq və yenidən danışıqlar masasına qayıtmaq istəyir”.

Bunu Vətəninfo.az-a açıqlamasında Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan nümayədə heyyətinin üzvü Nigar Arpadarai bildirib. Xanım deputat vurğulayıb ki, diqqət yetirirsinizsə, Arutyunyan parlament üzvləri və yerli hakimiyyət orqanları ilə görüşür. Hər ikisi Fransanın mərkəzi hökumətini təmsil etmir: “Artıq aydındır ki, Fransa hökuməti bu görüşlərin şəxsi təşəbbüs olduğunu bəyan edəcək. Televiziya və mətbuat haqqında isə söyləniləcək ki, kanal dövlətə məxsus olsa da, müstəqil informasiya siyasəti var və qonaqları kanal özü seçir, hakimiyyət qarışmır. Amma təbii ki, bu belə deyil. Arutyunyan ona görə Parisdədir ki, ondan marionet kimi istifadə edərək Fransa hökuməti danışıqlar masasına qayıtmaq istəyir. Baş verənlər Fransanın uzun illərdir müxtəlif ölkələrlə münasibətlərdə istifadə etdiyi klassik fransız sxemidir. Təbii ki, biz bu tələyə düşməyəcəyik. Bizim üçün hər şey aydındır. Fransanın hazırkı vəziyyətdə danışıqlar masasında yeri yoxdur”.

Zərri

Vətəninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki